Düzgün seçilməyən badımcan yeməyin dadını dəyişə bilər. Ona görə də eynirəngli, çürüksüz, əziksiz tərəvəzlərə üstünlük vermək lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə Life-a Rusiya Federal Dövlət Büdcə İdarəsinin Krasnoyarsk filialının mütəxəssisi Tatyana Nasıpova məlumat verib.

O, bərk və ağır tərəvəzləri seçməyi məsləhət görüb. 

"Badımcanın yetişdiyini yoxlamaq üçün qabığını barmağınızla astaca basın: əgər çuxur qalmasa və meyvə öz formasına qayıtsa, deməli, yetişib", - deyə mütəxəssis izah edib.

Qabıqda çürümə əlamətləri və ya ləkə varsa, o zaman meyvənin içinin də artıq xarab olduğu ehtimalı yüksəkdir. Həmçinin, ekspertin fikrincə, təzə tərəvəz almaq daha yaxşıdır, çünki tərkibində zəhərli orqanik birləşmə olan solanin daha azdır.

Badımcandan yemək hazırlamağa başlamazdan əvvəl onu mütləq suda saxlamaq və ya qaynar suda yaxalamaq lazımdır: bu, içindəki solanini çıxaracaq və acı dadı aradan qaldıracaq.