Mustafa Kamal Atatürkün sevimli yeməklərindən biri kimi tanınan lobya yeməyi ənənəvi və məşhur bir yeməkdir. 

 Ulu Öndər Mustafa Kamal Atatürkün aşpazı Halit Atayın dediyi kimi ətsiz lobya Atatürkün sevimli yeməklərindən biri olub.  Bu onun tələbəlik illərində tez-tez istifadə etdiyi üçün  sevimli yeməklərindən olduğu bildirilir.

 Bəs Atatürkün sevdiyi bu ləzzətli yeməyi necə hazırlamaq olar? 

 Foodinfo.az quru lobya ( kuru fasulye) yeməyinin reseptini təqdim edir:

İnqrediyentlər:

 2 stəkan quru lobya

1 böyük soğan

2 xörək qaşığı yağ 

1 xörək qaşığı tomat pastası

1 çay qaşığı duz

1 çay qaşığı qara istiot 

1 çay qaşığı qırmızı istiot 

 Quru paxlaları axşam bol su ilə yuyun və bir gecə suda isladın. Bu proses lobyaların daha sürətli bişirilməsinə imkan verir. Ertəsi gün lobyaları süzüb təzə su ilə yuyun. Yağı bir qazanda qızdırın. Xırda doğranmış soğanı əlavə edib çəhrayı rəng alana qədər qovurun. Tomat pastası əlavə edərək bir az daha qızardın. Yuyulmuş lobyaları qazana əlavə edin. Duz, qara istiot və qırmızı istiotu əlavə edib qarışdırın. Ona üzərini örtəcək qədər qaynar su əlavə edin. Qaynara düşəndə qazın xodunu azaldın. Qoyun yavaş-yavaş bişsin. Yeməyi yumşaq olana qədər hərdən qarışdıraraq bişirin. Bişirmə müddəti adətən 1,5-2 saat arasında dəyişə bilər.