Gül kələmi həm aşağı kalorili, həm də xərçəngdən qoruyucu təsirə malik tərəvəzlərdən biridir. Tərkibindəki C, K, B6 vitaminləri, fol turşusu, lif, maqnezium və ıantioksidant maddələr sayəsində orqanizmin müdafiə sistemini gücləndirir və hüceyrələrin sağlam qalmasına kömək edir.

Foodinfo.az xəbər verir ki, gül kələminin ən mühüm xüsusiyyətlərindən biri onun tərkibindəki qlükozinolatlar və sulforafan adlı təbii birləşmələrdir. Bu maddələr orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, hüceyrə DNT-sini qoruyur və bədənin zərərli toksinlərdən təmizlənməsinə yardım edir. Mütəxəssislərin fikrincə, gül kələminin mütəmadi istehlakı xüsusilə bağırsaq, döş və prostat xərçəngi riskiniazaldır.

Digər tərəfdən, gül kələmi pəhrizlər üçün ideal qida hesab olunur. 100 qramında cəmi 25–30 kalori olan bu tərəvəz uzunmüddətli toxluq hissi yaradır və çəki nəzarətində əvəzsiz rol oynayır. Onun yüksək lif tərkibi həm də həzm sistemini tənzimləyir və orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır.

Mütəxəssislər gül kələmini bişirərkən buxarda bişirmə və ya qısa müddət qaynatma üsulundan istifadə etməyi məsləhət görürlər. Bu yolla həm vitamin itkisi minimuma endirilir, həm də tərəvəzin qida dəyəri qorunur.

Sğlam rasionda gül kələmindən həftədə ən azı 2–3 dəfə istifadə etmək tövsiyə edilir. Bu tərəvəz həm immun sistemi möhkəmləndirir, həm də xərçəngə qarşı təbii qoruyucu qalxan rolunu oynayır.