
Kök sağlamlıq üçün çox vacib olan qida mənbəyidir. Bu, immunitet sistemini gücləndirən mühüm tərəvəz növüdür. Xüsusilə uşaqların böyümə və inkişafında mühüm rol oynayır. Göz sağlamlığı üçün də çox əhəmiyyətli olan kök tərkibində K vitamini olan bir tərəvəzdir. Eyni zamanda kök qanın laxtalanmasını təmin edərək sümük sağlamlığını yaxşılaşdırır. Yerkökün faydaları saysız-hesabsızdır.
Kök bir çox yeməklərə dad verən tərəvəzdir. Mətbəxdə yeməklərdə, salatlarda, qəlyanaltılarda tez-tez istifadə edilən yerkökü şorba olaraq da süfrələrimizdə yer alır.
Foodinfo.az çox dadlı kök şorbası reseptini təqdim edir.
LAZIM OLANLAR:
4 orta boy kök
2 soğan
4 diş sarımsaq
3 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
4 xörək qaşığı zeytun yağı
1 armudu stəkan süd
1 çay qaşığı istiot
Duz
6 stəkan su
Yarım dəstə şüyüd
HARLANMASI:
Zeytun yağı, xırda doğranmış soğan, sarımsaq və sürtgəcdən keçirilmiş kökü qazanda təxminən 6 dəqiqə qızardın. Sonra un və kərə yağı əlavə edib qovurmağa davam edin. Ədviyyat və su tökərək qarışdırın. 20 dəqiqə bişirin. Sonra qaynadılmış inqrediyentləri blenderdən keçirin. Bir stəkan süd əlavə edib qarışdırın və daha 5 dəqiqə bişirin, sonra ocağı söndürün. Üzərinə incə doğranmış şüyüdləri əlavə edin və yaxşıca qarışdırın.