Mütəxəssislər bildirirlər ki, tərəvəz alarkən onların görünüşünə diqqət yetirmək məhsulun keyfiyyətini müəyyən etmək üçün vacibdir. Xüsusilə turp kimi tez xarab olan tərəvəzlərdə düzgün seçim etmək həm dad, həm də fayda baxımından önəm daşıyır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutri­sioloq Aleksandra Stepanenko turp alarkən ilk növbədə onun bərkliyinə, hamar səthinə və parlaq rənginə diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, bu əlamətlər tərəvəzin təzə və keyfiyyətli olduğunu göstərir.

Mütəxəssis qeyd edib ki, turpun səthində qara ləkələr görünərsə, belə məhsulu almaq məsləhət deyil. Bu, adətən tərəvəzin çürüməyə başladığını göstərə bilər.

Bundan əlavə, dietoloq turpun yaşıl və təravətli yarpaqları olanını seçməyi məsləhət görür. Yumşaq turplar isə çox vaxt artıq yetişdiyini və təzəliyini itirdiyini göstərir.