Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərar və tələblərinə uyğun olaraq ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin baytarlıq-sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. 

Agentlikdən Foodinfo.az-a bildirilib ki, bu çərçivədə Salyan rayonunda yerləşən heyvan bazarında yenidənqurma işləri yekunlaşdırılıb. Aparılan işlər zamanı bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Eyni zamanda iri və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı satış pavilyonları quraşdırılıb, yem anbarı inşa edilib, həmçinin tullantıların yığılması və idarə olunması məqsədilə xüsusi sahə ayrılıb. 

Yaxın günlərdə bazarın fəaliyyətə başlaması ilə bağlı məsələyə Agentlik tərəfindən baxılması nəzərdə tutulur.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.