Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən hazırlanmış preDQ adlı yeni vasitə çölyak xəstələrinin zərərli qidalara məruz qalmasının qarşısını ala bilər.

Çölyak xəstəliyinin səbəblərini araşdıran EFSA tədqiqatçıları xəstələrdə simptomlara səbəb ola biləcək qida məhsullarında və komponentlərdə olan zülalları müəyyən etmək üçün bir vasitə hazırlayıblar. Bu vasitələrin inkişafı bir çox qida təhlükəsizliyi sahələrində istifadə oluna bilər.

Qeyd edək ki, çölyak xəstəliyi, tərkibində buğda, arpa və çovdar olan qidalarda olan qlüten və zülalların immun sistemi ilə reaksiyası nəticəsində baş verir. Çölyak xəstələrində simptomlar çox fərqli olsa da, ən çox rast gəlinən problemlər ağrı, ishal, qidalanma, dəmir çatışmazlığı (anemiya) və osteoporozdur.

Tədqiqatlar göstərir ki, Avropa İttifaqında yaşayan insanların 0,7%-i çölyak xəstəliyindən əziyyət çəkir. Xəstəlik üçün mövcud olan yeganə müalicə variantı qalıcı olaraq qlütensiz qidalanmaqdırQlütensiz pəhrizə riayət etmək həm də xəstələrin ciddi təlimini, motivasiyasını və monitorinqini tələb edir.