
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası və Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bazarlarının rəhbərləri ilə görüş keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Onlayn formatda keçirilən görüşdə sahibkarlar bazarlarda satışa çıxarılan heyvandarlıq məhsullarına baytarlıq nəzarətinin təmin edilməsinə dair təlimat barədə məlumatlandırılıb. Eyni zamanda heyvan mənşəli məhsulların etiketlənməsi və qablaşdırılması ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.