
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.
Görüşdə bitki və heyvan sağlamlığı sahəsində mövcud vəziyyət müzakirə edilib, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bitkiçilik və heyvandarlıq məhsullarının ixrac potensialının artırılması, eləcə də taxta qablaşdırma materiallarının fumiqasiyası və markalanması sahəsində mövcud problemlərin həlli, qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinin koordinasiyası, bitki sağlamlığı sahəsində böhran vəziyyətlərinin idarə olunması, Milli Monitorinq Planında iştirakın gücləndirilməsi və digər məsələlər haqqında danışılıb.