"Apple" şirkəti yeni "Apple Watch Series 9" saatlarının müəyyən modellərindən başlayaraq, məhsullarının istehsal prosesində 3D çapı tətbiq etmək niyyətindədir.

 Foodinfo.az xəbər verir ki, belə innovativ yanaşma 3D printerlərin istifadəsini bəzi gələcək smart-saatların polad korpuslarını yaratmaq üçün nəzərdə tutur.

"Binder jetting" kimi tanınan texnologiya zamanı çapdan sonra sinterinq prosesindən keçən bir toz maddədən istifadə olunur. Bu üsul məhsulun daha sürətli yığılmasına və ətraf mühitə daha az ekoloji təsir göstərməsinə imkan verir.

Qeyd edək ki, "Apple Watch Series 9" modellərinin hamısının istehsalında yeni 3D çap prosesindən istifadə olunmayacaq. "Apple" eksperimental buraxılışı müəyyən paslanmayan polad modellərlə məhdudlaşdırmağı planlaşdırır.

Bu yenilik şirkətin davamlı və ekoloji cəhətdən təmiz materiallara keçid üçün daha geniş strategiyasının bir hissəsidir. Məsələn, "Apple", həmçinin, telefon örtüyü ("çexol") istehsalında dəridən imtina etməyi planlaşdırır.