"Meta" şirkəti maraqlı layihələr üzərində çalışır. 

Foodinfo.az xəbər verir ki ki, şirkət süni intellektlə işləyən və “unikal şəxsiyyət xüsusiyyətlərinə” malik çatbotları işə salmağa hazırlaşır.  Bu çatbotlardan biri ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnun şəxsiyyətinə əsaslanacaq.

Bu cür “şəxslər”i yaratmaq ideyası, mövcud çatbotlarda olduğu kimi, tipik robot cavabları deyil, daha maraqlı və insanabənzər müzakirələr təklif etməklə, istifadəçiləri öz platformalarında ünsiyyətə cəlb etməkdir.

Yeni çatbotların artıq sentyabrın əvvəlində işə salınacağı gözlənilir.

İstifadəçilərlə əlaqəni yaxşılaşdırmaqla yanaşı, "Meta" bu "şəxslər" vasitəsilə daha çox şəxsi məlumat toplamağı planlaşdırır ki, bu da istifadəçilərə “daha ​​çox insana bənzəyən həmsöhbətlə məlumat paylaşmaqla daha rahat olmağa” imkan verəcək.

Nurlan