Qlaukoma xəstəsinin görmə qabiliyyətini onun qanından alınan kök hüceyrələri vasitəsilə bərpa etmək mümkündür. 

Foodinfo.az xəbər verir ki, bu qənaətə Çarlz Şepens adına Oftalmologiya Elmi-tədqiqat İnstitutunun (ABŞ) alimləri gəliblər. Onların araşdırması "PNAS" jurnalında dərc olunub.

Məhz qlaukoma korluğun əsas səbəbidir, çünki torlu qişanın qanqlion hüceyrələri yox olur. Uzun müddətdir ki, həkimlər kök hüceyrələrdən istifadə edərək xəstəliyi müalicə etməyə çalışırlar, lakin onlar indiyədək inyeksiya yerindən kənara çıxmayıb və torlu qişa ilə təmasda olmayıblar.

Lakin Şepens adına Oftalmologiya Elmi-tədqiqat İnstitutunun alimləri problemi həll edə biliblər. Onlar ilk öncə torlu qişanın qanqlion hüceyrələrini kök hüceyrələrdən ayırıblar. Onları gözdə lazımi yerə çatdırmağa isə hemokinlər kömək edib: alimlər 12 növ hemokin aşkarlayıblar.

Təcrübələr siçanlar üzərində aparılıb və araşdırma nəticəsində hemokinlərin görmə qabiliyyətinin bərpasında böyük rol oynadığı məlum olub.