
Payız-qış mövsümündə insanların ən çox üzləşdiyi problemlərdən biri zəif immun sistemidir. Təbii qidalar arasında immuniteti gücləndirməkdə limonun rolu xüsusi qeyd olunmalıdır.
Foodinfo.az xəbər verir ki, tərkibindəki yüksək miqdarda C vitamini, antioksidantlar və minerallar sayəsində limon həm virus, həm də bakteriyalara qarşı bədəni daha dözümlü edir.
Limon immunitetin əsas dayaqlarından biri olan C vitamini ilə çox zəngindir. Bu vitamin ağ qan hüceyrələrinin istehsalını artıraraq orqanizmin müdafiə mexanizmini gücləndirir. C vitamini soyuqdəymə və qripə qarşı orqanizmi qorumaqda mühüm rol oynayır.
Mütəxəssislərin vurğuladığı digər məqam isə limonun güclü antioksidant təsiridir. O, hüceyrələrin qocalmasını sürətləndirən sərbəst radikalları zərərsizləşdirir, bədənin özünü bərpa etmə qabiliyyətini artırır. Bundan əlavə, limonun təbii turşuluğu mikrobların çoxalmasının qarşısını alaraq antibakterial təsir göstərir.
Limon suyu detoks effekti ilə də tanınır. O, orqanizmdən toksinlərin atılmasına kömək edir, qaraciyərin fəaliyyətini dəstəkləyir və immun sisteminə əlavə yük düşməsinin qarşısını alır.
Tərkibindəki kalium və maqneziumla ürək-damar və sinir sisteminin sağlamlığını da qoruyur. Bu isə yalnız immuniteti deyil, ümumi sağlamlıq vəziyyətini möhkəmləndirir.
Həkimlər limonu gündəlik istifadədə ilıq su ilə içməyi, salat və yeməklərə təbii ədviyyat kimi əlavə etməyi məsləhət görürlər. Lakin diş minasına zərər verməmək üçün limon suyu içildikdən sonra ağzı su ilə yaxalamaq vacibdir.
Limon sadə bir meyvə olsa da, sağlamlıq üçün təsiri böyükdür. Mütəmadi və ölçülü şəkildə qəbul edildikdə immun sistemi gücləndirir, orqanizmi xəstəliklərə qarşı daha möhkəmedir.