Bəzi qidalar orqanizmi sakitləşdirərək yuxuya getmə prosesini asanlaşdırır. Araşdırmalar göstərir ki, tərkibində melatonin, maqnezium və triptofan olan məhsullar yuxu keyfiyyətini artırır və yuxusuzluq problemini azaldır.

Foodinfo.az yuxuya getməyə kömək edən qidaları təqdim edir:

1. Süd və süd məhsulları – kalsium və triptofan yuxu hormonlarının istehsalını artırır.

2. Banan – maqnezium və kaliumla zəngin olub, əzələləri boşaldır.

3. Yulaf – təbii melatonin və kompleks karbohidratlarla sakitləşdirici təsir göstərir.

4. Qoz və badam – melatonin və maqnezium sayəsində rahat yuxu yaradır.

5. Bal – az miqdarda istehlakı melatonin səviyyəsini artırır.

6. Albalı – yuxu ritmini dəstəkləyən təbii melatonin mənbəyidir.

7. Çobanyastığı və melissa çayı – əsəbləri sakitləşdirərək orqanizmi yuxuya hazırlayır.

Yatmazdan əvvəl ağır yeməklər, kofeinli içkilər və çox şəkərli qidalar yuxu keyfiyyətini ciddi şəkildə aşağı salır.

Doğru qida seçimi günün sonunda rahat və dərin yuxuya getmək üçün ən sadə üsullardan biri hesab olunur.