
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, M.Şəhriyar küçəsində fəaliyyət göstərən, Şahbazov Rövşən Barat oğluna məxsus “Xan Çinar” kafesində yoxlama keçirib.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Baxış zamanı kafedə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, mətbəxdə döşəmə, divar və qida ilə təmasda olan səthlərin təmirsiz olduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, istifadə edilən alət və avadanlıqların korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanədək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

