Bal əsrlər boyu təbii dərman kimi istifadə olunub və müasir elmi araşdırmalar da onun güclü antibakterial təsirini təsdiqləyir. Bal tərkibindəki fermentlər və antioksidantlar sayəsində həm daxili, həm də xarici xəstəliklərdə faydalı təsir göstərir.
Foodinfo.az xəbər verir ki, Yeni Zelandiyanın Oklend Universitetinin alimlərindən Prof. Peter Molan “BBC Health”ə verdiyi açıqlamada xüsusilə manuka balının ən güclü təbii antibiotiklərdən biri olduğunu bildirib.

Onun sözlərinə görə, balın tərkibindəki hidrogen peroksid və digər bioaktiv maddələr mikrobların çoxalmasının qarşısını alır və yaranın sağalmasını sürətləndirir. Prof. Molan vurğulayıb ki, bal antibiotiklərə davamlı bakteriyalara qarşı da təsirli ola bilir və bu səbəbdən tibbdə təbii alternativ kimi istifadə olunur.

Mütəxəssis əlavə edib ki, bal həmçinin boğaz ağrısı və öskürək zamanı rahatlaşdırıcı təsir göstərir, mədə problemlərində də faydalıdır. O, gündə 1-2 xörək qaşığı təbii balın istifadəsini tövsiyə edib, lakin keyfiyyətsiz və saxta məhsullardan uzaq durmağın vacibliyini vurğulayıb.

Bal