
Qida mütəxəssislərinin sözlərinə görə, turş dadı ilə yeməklərə xüsusi ləzzət qatan sumaq hər kəs üçün uyğun deyil. Onun tərkibindəki turş maddələr bəzi insanlarda sağlamlıq problemlərinə yol aça bilər.
Foodinfo.az xəbər verir, mədə xorasından və qastritdən əziyyət çəkənlərə sumağın istifadəsi məsləhət görülmür, çünki bu ədviyyat mədə turşuluğunu artıra bilər.
Eyni zamanda, aşağı təzyiqi olan şəxslərdə sumaq qan təzyiqini daha da salaraq halsızlıq yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, hamilə qadınlar sumağı çox istifadə etdikdə uşaqlıq yığılmalarının artma riski mövcuddur.
Bundan başqa, allergiyaya meyilli insanlar səpgilər və nəfəs darlığı ilə qarşılaşa bilərlər. Böyrək xəstəlikləri olanlara da sumağı ehtiyatla qəbul etmək tövsiyə olunur.
Sağlam insanlar üçün sumaq faydalı ola bilər, lakin onun həddindən artıq istifadəsi mədə yanması və həzm pozuntusu yarada bilər. Buna görə də bu ədviyyatı ölçülü şəkildə yeməklərə əlavə etmək tövsiyə olunur.