
Mütəxəssislər antioksidanları bədənin görünməz müdafiəçiləri adlandırır. Onlar hüceyrələri zərərli sərbəst radikallardan qoruyaraq həm sağlamlığı möhkəmləndirir, həm də qocalma prosesini ləngidir.
Foodinfo.az xəbər verir ki, sərbəst radikallar siqaret, stress, qeyri-sağlam qidalanma, günəş şüaları və çirklənmiş hava nəticəsində bədəndə artır. Bu isə ürək xəstəlikləri, şəkərli diabet, xərçəng və erkən qocalma riskini yüksəldir. Antioksidantlar isə bu zərərli təsirləri neytrallaşdırır.
Antioksidantların əsas mənbələri:
1. Vitaminlər: A, C və E
2. Minerallar: Sink, selen
3. Bitkilər: Giləmeyvələr, üzüm, nar, brokkoli, ispanaq, pomidor
4. Digər qidalar: Qoz-fındıq, yaşıl çay, kakao
Faydaları:
– İmmuniteti gücləndirir
– Hüceyrə zədələnməsinin qarşısını alır
– Ürək və damar sağlamlığını qoruyur
– Dərinin cavan və sağlam görünməsinə kömək edir
– Yaddaşı dəstəkləyir, beyin fəaliyyətini yaxşılaşdırır
Gündəlik rasionda rəngarəng meyvə-tərəvəzlərə, qoz-fındıq və təbii bitki mənşəli qidalara yer ayırmaqla bədəni güclü antioksidan müdafiəsi ilə təmin etmək mümkündür.
Beləliklə, antioksidanlar sadəcə qida maddəsi deyil, bədənin gizli qəhrəmanları hesab olunur.