Günün birinci yarısı meyvə yemək üçün ən yaxşı vaxtdır. Orqanizmin maksimum faydalanması üçün qida qəbul etdikdən dərhal sonra meyvə yemək tövsiyə olunmur.
Qida qəbul etdikdən ən azı 2-4 saat sonra meyvə yemək olar. Axşamlar isə o qədər də şirin olmayan meyvələr – alma, armud, gavalı yemək faydalıdır.
Bu zaman üzümdən və ya tərkibində çoxlu karbohidrat olan yemişdən imtina etmək daha yaxşı olar.