Milli Aviasiya Akademiyasının Elmi Şurasının 184 saylı iclası çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun həmtəsisçisi olduğu “MAA” Voleybol Klubunun fəaliyyəti, inkişaf istiqamətləri və son dövrdə əldə etdiyi uğurlar müzakirə olunub.

Tədbirdə “MAA” Voleybol Klubunun direktoru Aysu Talıbova çıxış edərək komandanın məqsədləri, fəaliyyət istiqamətləri və qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib.

İclas zamanı texnika elmləri doktoru, professor, “MAA”nın birinci prorektoru Ədalət Səmədov və iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent, sosial və iqtisadi məsələlər üzrə prorektor Gülnarə Əhmədova “MAA” Voleybol Klubunun U-18 komandasını Respublika birinciliyində qazandığı çempionluq münasibətilə təbrik edib, gələcək yarışlarda da uğurlar arzulayıblar.

Sonda “MAA” Voleybol Klubunun ölkə idmanında əldə etdiyi nailiyyətlərin əhəmiyyəti vurğulanıb və klub kollektivinə gələcək fəaliyyətində uğurlar arzulanıb.