Yazda avropalıların çoxu yabanı otlardan toplamağa yollanır. Bu otlardan bəzisi nəinki yeməli, həm də yaz aylarında vitaminsizləşən orqanizmimiz üçün vitaminlərlə çox zəngindir. Bəli, razılaşın ki, xırda doğranmış yaşıl yarpaqlar mayonez, pendir və pomidorla bir çoxlarımız üçün ləzzətli yeməkdir. Bununla yanaşı, hansı otların yeməli, hansılarının isə zəhərli olmasını bilmək lazımdır. Əks halda sadəcə zəhərlənmək və vitamin əvəzinə hansısa reanimasiya otağında çarpayı əldə etmək olar. Bu günlərdə valideynlər və iki uşaqdan ibarət alman ailəsi ciddi zəhərlənmə əlamətləri ilə təcili yardımla xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onlar çöl sarımsağının əvəzinə yeməklərində səhvən asırqaldan istifadə ediblər. Ailənin bütün üzvlərinin vəziyyəti ağır olaraq qalmaqdadır. Buna görə də, təkcə yabanı otları deyil, göbələkləri, giləmeyvələri və xarici görünüşünün arxasında təhlükə gizlənən digər təbiət nemətlərini yaxşı tanımaq vacibdir.