Qəhvədən imtinanın orqanizm üçün bir sıra həm müsbət, həm də müvəqqəti mənfi təsirləri ola bilər. Foodinfo.az “Veçernyaya Moskva” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qəhvəni qəfil tərgitmək bəzi insanlarda “imtina sindromu” yarada bilər.
Qəhvədən birdən-birə imtina zamanı aşağıdakı hallar müşahidə oluna bilər:
-
beyin damarlarının genişlənməsi səbəbindən baş ağrısı;
-
kofeinin olmaması fonunda yuxululuq;
-
kofeinin “xoşbəxtlik hormonu”nun ifrazını stimullaşdırması ilə əlaqədar əsəbilik;
-
diqqət və konsentrasiyanın azalması;
-
kofeinin bağırsaq peristaltikasına təsiri azaldığı üçün mədə-bağırsaq problemləri.
Bu vəziyyət adətən 4–5 gün davam edir, daha sonra simptomlar tədricən zəifləyir.
Bununla yanaşı, qəhvədən imtinanın müsbət tərəfləri də var:
-
yuxu daha dərin olur, yuxuya getmək asanlaşır və oyanmaq rahatlaşır;
-
əhval-ruhiyyə yaxşılaşır;
-
narahatlıq hissi azalır;
-
bəzi hallarda arterial təzyiq normallaşır.
Mütəxəssislər qeyd edirlər ki, qəhvədən imtina fərdi xüsusiyyətlərdən asılı olaraq müxtəlif cür təsir göstərə bilər.






