Alimlər gecə qəhvənin qəbulunun impulsiv (düşünmədən, ani hisslərlə və nəticələrini göz önünə almadan hərəkət etməkdir) davranışı artıra biləcəyini və riskli, nəzarətsiz hərəkətlərin ehtimalını aşkar ediblər.

Gecə oyaq qalmaq üçün qəhvəyə müraciət edənlər risk altındadır. Mütəxəssislər bildirir ki, bu cür davranışla səhhətinizə böyük ziyan vurursunuz.

ABŞ-dakı Texas Universiteti tərəfindən aparılan yeni bir araşdırma, bu vərdişin gözlənilməz yan təsir göstərə biləcəyini ortaya qoyub. Alimlər gecə istehlak edilən qəhvənin ləğv olunmasını məsləhət görür. 

Tədqiqatçılar qeyd ediblər ki, qəhvə dünyada ən çox istehlak edilən psixoaktiv maddədir və bu məşhur içkinin davranış nəzarətinə təsirini hansı amillərin dəyişdirdiyini aşkar etməyi hədəfləyiblər.

Komanda araşdırmanı milçəklər üzərində aparıblar. Milçəklərə müxtəlif dozalarda və vaxtlarda qəhvə verilib. Gündüz qəhvə istehlak edən milçəklərdə heç bir əhəmiyyətli davranış dəyişikliyi müşahidə edilməyib. Lakin gecə qəhvə istehlak edən milçəklər "ehtiyatsız uçuş" kimi impulsiv davranışlar nümayiş etdiriblər.

Eyni zamanda bildirilib ki, qadınlarla kişilərdə də qəhvə içməklə bağlı fərq var. Onlar eyni miqdarda qəhvə tükədə bilməzlər. Qadınlar gün ərzində daha az kofein qəbul etməlidirlər (axşam.az)