Qara istiot təkcə yeməklərə dad vermir, həm də orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Foodinfo.az Kp.ru saytına istinadla xəbər verir ki, bu barədə həkim-dietoloq Lüdmila Denisenko məlumat verib.

Mütəxəssisin sözlərinə görə, qara istiot maddələr mübadiləsini sürətləndirir və bu da qidaların daha tez həzm olunmasına, nəticədə isə bədənin qəbul etdiyi kalorinin azalmasına səbəb olur.

Denisenko qeyd edib ki, bu ədviyyat tərkibindəki efir yağları sayəsində mədə-bağırsaq sisteminə müsbət təsir göstərir, həzmsizlik, piylənmə və maddələr mübadiləsi pozğunluqları ilə mübarizədə faydalıdır.

O bildirib ki, istiotdakı aktiv maddələr orqanizmdə yağların parçalanmasını gücləndirir, qan dövranını yaxşılaşdırır və həzm prosesini təbii şəkildə tənzimləyir.

Dietoloq əlavə edib ki, qara istiotu yeməklərə əlavə etməzdən əvvəl təzə üyütmək daha məqsədəuyğundur, çünki bu zaman onun efir yağları və faydalı maddələri daha yaxşı qorunur.