2021-ci ilin ilk 3 ayında Azərbaycandan 21 milyon 259 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac olunub.
Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı dəyər ifadəsilə 2,1 dəfə, miqdar ifadəsilə 1,7 dəfə azalıb.
2020-ci ilin ilk 3 ayında Azərbaycandan
43 milyon 927 min dollar dəyərində 32 min 770 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olub.