Aralıqlı (fasiləli) oruc və ya İF pəhrizi (Intermittent Fasting) qida qəbul etmə dövrünün qidadan imtina etmə dövrü ilə müntəzəm şəkildə əvəz olunmasından ibarətdir.

 Foodinfo.az xəbər verir ki, endokrinoloq-diyetoloq Aleksey Kalinçev belə bir sistemin effektiv olub-olmadığı və ümumiyyətlə kimlərə uyğun olduğu barədə danışıb.

Onun sözlərinə görə, düzgün İF pəhrizi zamanı insan bütün gündəlik kalori normasını bir və ya iki oturumda qəbul etməlidir. Lakin bunu edərkən onda mədə-bağırsaq traktının xroniki xəstəlikləri olmamalıdır, əks təqdirdə qida qəbulu arasındakı uzun fasilələr bu xəstəlikləri kəskinləşdirəcək.

Teoretik olaraq, İF yalnız əla sağlamlığa malik gənclər üçün uyğundur. Daha yaşlı insanlar arasında mədə-bağırsaq traktında problemi olmayanlar, demək olar ki, yoxdur, ona görə də onlar aralıqlı oruc tutmamalıdırlar.

Bir çox insanlar aralıqlı oruca arıqlamaq üçün keçir. Bəzilərində alınır, lakin endokrinoloq bunun artıq kiloları atmaq üçün effektiv üsul olduğunu düşünmür. Onun anlayışına görə, belə bir üsul yalnız o zaman uyğundur ki, insan ozü özünə onu təyin etsin və daxilən buna hazır olsun, həkim isə xəstəsinə zərər verməmək üçün belə tövsiyələr etməməlidir.