Anemiyadan əziyyət çəkən insanlar üçün tahin xüsusi əhəmiyyət daşıyır.
Foodinfo.az xəbər verir ki, küncüt toxumlarından hazırlanan bu qida yüksək miqdarda dəmir, kalsium, B vitaminləri və sağlam yağlarla zəngin olduğu üçün qanın keyfiyyətini yaxşılaşdırır və enerji səviyyəsini artırır.
Tahinin xüsusilə də dəmir çatışmazlığı anemiyasının qarşısının alınmasında mühüm rolu var.
Tərkibindəki dəmir qanın oksigen daşıma qabiliyyətini artırır, halsızlıq və yorğunluq kimi anemiya simptomlarını azaldır.
Tahinin yüksək B1, B2 və B6 vitaminləri isə qan hüceyrələrinin yenilənməsinə dəstək olur.
Tərkibindəki sağlam yağlar sayəsində tahin hormon balansını qoruyur, toxluq hissini uzadır və qış aylarında tez-tez rast gəlinən enerji düşüklüyünün qarşısını alır.
Bundan əlavə, tahin immun sistemini gücləndirən antioksidantlarla da zəngindir.
Gündəlik rasiona az miqdarda – xüsusilə səhər yeməklərində və ya çərəzlərlə birlikdə – daxil edilməsini tövsiyə edilir. Lakin yüksək kalorili olduğuna görə normadan artıq istifadə edilməməlidir.






