“Son iki ildə 300 hektarda yeni zeytun bağları salınıb”. Foodinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib. O bildirib ki, bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektarda yeni zeytun bağları salınacaq: “Yeni zeytun yağı fabrikləri yaradılacaq ki, onların istehsal gücü ildə 3000–4000 ton olacaq. Görün, bizdə nə qədər böyük zeytun yağı ixracı gözlənilir. Bizim zeytunumuz çox keyfiyyətlidir, sadəcə olaraq, əvvəlki illərdə səmərəsiz istifadə olunurdu. Düzdür, bizdə zeytun yağı istehsalı var idi, ancaq biz özümüzü hələ də təmin edə bilmirik. Amma belə təbii imkanı olan bir ölkədə mütləq biz böyük ixracatçıya çevrilməliyik və çevriləcəyik”. Foodinfo.az