Həkimlər 30 yaşdan sonra arterial təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edirlər. Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə yardım edir. Təəssüf ki, bəzən hipertoniya simptomsuz inkişaf edir və diaqnoz qoyulana və müalicə başlayana qədər yüksək təzyiq orqanizmdə müxtəlif pozulmaların inkişafına səbəb olur. Bir çox evlərdə, iş yerlərində təzyiq ölçən aparatlar var. Lakin aparat olmadıqda da bəzi simptomlara görə təzyiqin qalxması və ya düşməsini təyin etmək mümkündür. Yüksək təzyiqin ən yayılmış simptomları: - gicgahlarda sıxıcı və ya nəbz kimi vuran güclü ağrı - üzün qızarması - nəbzin artması - səbəbsiz narahatçılıq hissi, oyanıqlıq - qulaqlarda küy - burun qanaxması - ürəkbulanması və təkrarlanan qusma. Aşağı təzyqin ən yayılmış simptomları: - ənsə nahiyəsində sıxıcı ağrı - başgicəllənməsi - nəbizn zəifləməsi - güclü zəiflik, yorğunluq, yuxululuq - solğun dəri - ürəkbulanması (qusma olmur, nadir hallarda 1 dəfə olur). Nəzərinizə çatdıraq ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir simptomla büruzə verməyə bilər. Məhz bu səbəbdən mütəxəssislər hipertoniyanı “lal qatil” adlandırırlar.