
Mədə yanması, köp və ya ağrı kimi narahatlıqlar çox insanda qəfil yarana bilər. Həkim və dietoloqların fikrincə, belə hallarda bəzi sadə və təbii üsullar mədəni qısa müddətdə sakitləşdirə bilər.
Foodinfo.az bu üsullaarın bəzilərini təqdim edir:
1. İsti su və ya çobanyastığı çayı
Mədə divarını sakitləşdirir, qaz və köp hissini azaldır. Çobanyastığı çayı iltihabı aradan qaldırır və mədə turşusunu tənzimləyir.
2. Zəncəfil
Təbii iltihabəleyhinə xüsusiyyətə malikdir. Az miqdarda təzə zəncəfil çayı və ya bir parça zəncəfil mədə bulantısını və spazmı azaldır.
3. İlıq su ilə az miqdarda soda
Bir stəkan ilıq suya yarım çay qaşığı soda əlavə etmək mədə turşusunu neytrallaşdırır. Lakin bu üsul tez-tez deyil, bəzən istifadə olunmalıdır.
4. Nanə çayı və ya təzə nanə yarpağı
Həzm prosesini asanlaşdırır, mədə sancısını və gərginliyi azaldır.
5. Yüngül qidalanma və dincəlmək
Ağır, yağlı və ədviyyatlı yeməklərdən uzaq durmaq, bir neçə saat ərzində yalnız yüngül qidalar qəbul etmək mədənin özünü bərpa etməsinə şərait yaradır.
Mütəxəssislər bildirirlər ki, əgər mədə narahatlığı tez-tez təkrarlanırsa, bu, qastrit və ya turşuluq pozğunluğu kimi ciddi səbəblərlə əlaqəli ola bilər və həkim müayinəsi vacibdir.