
Bir neçə həftə davam edən öskürək sadəcə soyuqdəymənin nəticəsi olmaya bilər və ciddi xəstəliklərin siqnalı ola bilər. Foodinfo.az xəbər verir ki, tanınmış epidemoloq, Rusiya Elmlər Akademiyasının akademiki Gennadiy Onışçenko uzunmüddətli öskürəyin əsas səbəblərini açıqlayıb.
Onışçenkonun sözlərinə görə, öskürəyin müxtəlif səbəbləri var və onların düzgün müəyyən edilməsi çox vacibdir.
Klassik, lakin tez-tez diqqətdən qaçan səbəblərdən biri boğmacadır. Bu xəstələrdə xüsusilə gecə öskürək tutmaları uzun müddət davam edir və gecə yuxusunu pozur.
Siqaret çəkən insanlarda uzunmüddətli öskürək çox vaxt xroniki obstruktiv ağciyər xəstəliyi (XOAB) ilə əlaqədardır. Öskürək bədənin bronxları təmizləməyə çalışmasının əlamətidir.
Bəzi hallarda öskürəyin səbəbi allergik reaksiyalar ola bilər. Bu zaman burun axıntısı çox olur və tənəffüs yolları qıcıqlanır.
Uzunmüddətli öskürək həmçinin bronxit, sinüzit, astma və digər respirator xəstəliklərin göstəricisi ola bilər.
Onışçenko insanları xəbərdar edir ki, özbaşına müalicə etmək və öskürəyi basdırmaq təhlükəlidir, çünki bu, xəstəliyi daha da ağırlaşdıra bilər.
Əgər öskürək bir neçə həftədən çox davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır.
Düzgün diaqnoz və vaxtında müalicə ilə simptomlar aradan qaldırıla və ciddi xəstəliklərin qarşısı alınmış olur.
Mütəxəssis həmçinin vurğulayır ki, sağlam həyat tərzi, siqaretdən uzaq durmaq və allergenlərdən qaçmaq öskürəyin qarşısını almağa kömək edə bilər.