
Alimlərin araşdırmasına görə, yaşlanma prosesi tədricən deyil, müəyyən yaşda başlayır. Foodinfo.az xəbər verir ki, Almaniya alimləri rDNA üzərində aparılan tədqiqatla orqanizmdə bioloji yaşlanmanın başlanğıcını müəyyən ediblər.
Tədqiqat üçün 0-dan 18 yaşa qədər 280 nəfərin qan nümunələri analiz olunub.
Ribosom DNT-si (rDNA) üzərində diqqət cəmlənib, çünki bu gen orqanizmdə hüceyrələrin yaşamsal fəaliyyətini tənzimləyir.
Uşaqlıq dövründə rDNA aktiv qalır, hətta bəzi hallarda onun aktiv surətləri artır.
Metiləşmə prosesi isə genlərin fəaliyyətini “söndürən” kimyəvi dəyişiklikdir.
Yetkinlik dövründə rDNA-da metiləşmə artır, aktiv nüsxələrin sayı isə azalır.
Bu dəyişikliklər hüceyrə yaşlanmasının etibarlı bioloji göstəricisi hesab olunur.
Alimlər bildirir ki, bioloji yaşlanma reproduktiv funksiyanı yerinə yetirdikdən sonra aktivləşən proqramlaşdırılmış mexanizmdir.
Qızlarda cinsi yetişkinlik adətən 16–17 yaşında, oğlanlarda isə 18–19 yaşında tamamlanır.
Deməli, orqanizm hüceyrə səviyyəsində polovoy yetkinlikdən sonra yaşlanma prosesinə başlayır.
Bu kəşf yaşlanma və uzunömürlülük mövzularında yeni tədqiqatlar üçün əsas yaradır.