Uzun müddət hərəkətsiz qalmaq uçuş zamanı tromboz riskini artırır, lakin bu risk müəyyən profilaktik tədbirlərlə azaldıla bilər. Foodinfo.az xəbər verir ki, Moskva Yusupov xəstəxanasının fleboloqu Elena Smirnova bu barədə danışıb.

Həkim bildirib ki, uçuş zamanı trombozdan qorunmaq üçün bir neçə sadə qaydaya əməl etmək kifayətdir.

Smirnova tövsiyə edir ki, təyyarədə ayaqları uzatmaq mümkün olan yerlər seçilsin, hər iki saata bir dəfə qalxıb salon üzrə gəzin və oturduğunuz yerdə belə ayaq məşqləri edin.

Həmçinin kifayət qədər təmiz su içmək vacibdir, çünki maye çatışmazlığı qanı daha laxtalanmağa meyilli edir. Risk qrupuna aid olan şəxslər üçün isə kompressiya corablarından istifadə tövsiyə olunur.

Xüsusilə görünən damarları olan, artıq çəkisi olan və əvvəllər tromboz keçirmiş şəxslər profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidirlər.

Smirnova əlavə edib ki, kompressiya corabları bu şəxslər üçün dərmansız effektiv qoruyucu vasitədir və qan dövranını yaxşılaşdırır.

Həkim vurğulayıb ki, uçuşdan əvvəl yüngül ayaq məşqləri etmək və oturaq vəziyyətdə tez-tez hərəkət etmək tromboz riskini xeyli azaldır.

Eyni zamanda, ağır yemək və spirtli içkilərdən çəkinmək də qan laxtalanmasının qarşısını almağa kömək edir.

Smirnova qeyd edib ki, uzunmüddətli uçuşlarda risk qrupuna aid olmayan şəxslər də bu qaydalara əməl etməli, qan dövranını stimullaşdırmaq üçün mütəmadi hərəkət etməlidirlər.

Bu sadə profilaktik tədbirlər trombozun qarşısını almaqla, uçuş zamanı sağlamlığın qorunmasına xidmət edir.