
Azərbaycanda koronavirus infeksiyasına
3 646 yeni yoluxma faktı qeydə alınıb,
1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan daha
34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
65 734 nəfər müalicə olunaraq sağalıb,
1 194 nəfər vəfat edib, aktiv xəstələrin sayı
31 999 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
14 358, ötən müddət ərzində isə ümumilikdə
1 631 597 test aparılıb.