Bir çox insan tələskənlikdən və ya iş rejimindən asılı olaraq səhər yeməyini ötürür. Foodinfo.az Life.ru-ya istinadən xəbər verir ki, RОSBİОTEX Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva sağlam qidalanmada səhər yeməyinin mütləq olması gərəkdiyini bildirib. Mütəxəssis deyib ki, gecədən sonra mədədə toplanan turşu boş halda daha tez qıcıqlanma yarada bilər və bu da gün ərzində narahatlığa səbəb ola bilər.

Onun sözlərinə görə, elə səhər yeməyi həm mədə sağlamlığını qoruyur, həm də günün qalan hissəsində iştahanın idarə edilməsinə kömək edir. Lebedeva vurğulayıb ki, ilk qidalanmada həm zülal, həm yağ, həm də karbohidrat balansı olmalıdır. O bildirib ki, yalnız çay və ya qəhvə ilə kifayətlənmək orqanizmi doyurmur və bir müddət sonra qəfil aclıq hissi yaradır. Dietoloq xüsusilə yumurta, yulaf, pendir və tamtaxıllı çörəyi yaxşı seçim kimi göstərib.

Onun fikrincə, səhərdə qəbul edilən zülal hormon tarazlığını stabilləşdirir. “Səhər daha çox zülal qəbulu qrelini – aclıq hissini artıran hormonu zəiflədir”, – deyə mütəxəssis qeyd edib. O əlavə edib ki, balanslı yemək gün ərzində şirniyyata meyli azaldır və enerjini daha bərabər paylayır. Mütəxəssis günə ən az bir tam dəyərli yeməklə başlamağı, səhər yeməyini vərdişə çevirməyi tövsiyə edib.