Yemək və salatlarda daha çox istifadə edilən zeytun yağının mətbəxdən kənarda da istifadəsi geniş yayılıb. Foodinfo.az zeytun yağının fərqli istifadə qaydalarını təqdim edir: Sızanaq təmizləyici olaraq. Səbəbi yağ olan sızanağın üzərinə yağ vurmaq qəribə görünə bilər. 4 qaşıq duz və 3 qaşıq zeytun yağını qarışdırın, üzünüzə vurun. Bir həftə boyunca təkrarlayın. Daha sonra həftədə 2-3 dəfə edin. Mebel təmizləyicisi olaraq. Sprey şüşəsinə bir az zeytun yağı, bir az limon suyu və ya ağ sirkə əlavə edin. Qarışımı mebelin üzərinə sıxıb bir neçə dəqiqə gözlədikdən sonra quru parça ilə silin. Təraş köpüyü yerinə. Təraş köpüyünüz qurtarıbsa, sabunla vaxt itirməyin. Zeytun yağını üzünüzə sürtüb rahatlıqla təraş edə bilərsiz. Köhnəlmiş dəri əlcəklərin sərt bölgələrinə  parça ilə bir az zeytun yağı sürtüb 30 dəqiqə saxlayın. Sonra daşan artıqları silərək təmizləyin. Saç nəmləndirici olaraq. Ucları qırıq və quru saçlar üçün zeytun yağının möcüzə təsiri var. Yarım stəkan zeytun yağını isidib saçlarınıza sürtün. 45 dəqiqə sonra şampunla yuyun. Ələ bulaşan yağları təmizləmək üçün. Maşın təmirindən sonra əllərinizə bulaşan yağları təmizləmək üçün bir qaşıq zeytun yağına bir qaşıq duz və ya şəkər tozu əlavə edərək əllərinizi ovun. Əlləriniz həm təmizlənəcək, həm də dərisi yeniləcək. Evi boyayarkən saçlarınıza boya batıbsa, zeytun yağı sürtün və təmizləyin. Mənbə: zeytunbaglari.az