
Qəhvə təkcə enerji mənbəyi deyil, həm də bağırsaq hərəkətlərini stimullaşdıran içkidir. Foodinfo.az bildirir ki, tərkibindəki kofein bağırsaq divarlarının tonusunu artıraraq qəbizliyin qarşısını alır. Ancaq normadan artıq qəbulu əks təsir yarada bilər. Həddindən artıq kofein bağırsaq florasında narahatlıq yaradaraq ishal və ya köpə səbəb ola bilər. Səhərlər acqarına qəhvə içmək mədənin turşuluğunu artıra bilər ki, bu da reflüks və qastrit problemlərinə yol açır.
Həkimlər qəhvəni əsas yeməkdən sonra qəbul etməyi tövsiyə edir.