Səhər oyanan kimi bir stəkan ilıq su içmək bədənin metabolizmasını sürətləndirir. Foodinfo.az aif.ru-ya istinadla bildirir ki, bu sadə vərdiş həzm sistemini oyadır və toksinlərin atılmasına kömək edir.

Həkim-diyetoloq Oleq Kuznetsin bildirir ki, ilıq su qaraciyəri stimullaşdıraraq yağların daha effektiv parçalanmasına şərait yaradır. O, həmçinin bağırsaq fəaliyyətini normallaşdırır və qəbizliyi azaldır.

Eyni zamanda dərinin parlaqlığını artırır və erkən qırışların qarşısını alır. İlıq su bədəndəki iltihabi prosesləri sakitləşdirməyə kömək edir.

Həkim qeyd edir ki, bu vərdiş səhər enerjisini artıraraq günə daha gümrah başlamağa imkan yaradır və qan dövranını yaxşılaşdıraraq ürək sağlamlığını dəstəkləyir.

Mütəxəssis xəbərdarlıq edir ki, suyun temperaturu çox isti və ya çox soyuq olmamalıdır.