
Beyin yaşlanmasını yavaşlatmaq üçün yaşıl Aralıq dənizi pəhrizinin faydalı ola biləcəyi bildirilir. Foodinfo.az bildirir ki, pəhrizin iltihab əleyhinə təsiri zehni qabiliyyətlərin azalmasının qarşısını almağa kömək edir.
Tədqiqat İsrailin Ben-Qurion Universiteti, ABŞ-ın Harvard Universitetinin Səhiyyə Məktəbi və Almaniyanın Leypsiq Universiteti tərəfindən aparılıb. Analizdə pəhrizlə beyin yaşlanması arasındakı əlaqə öyrənilib. Məlum olub ki, yüngül zehni pozulmalar və Alzheimer xəstəliyi beynin bioloji yaşının xronoloji yaşdan daha sürətli artması ilə bağlıdır.
DIRECT PLUS tədqiqatında təxminən 300 iştirakçı 18 ay ərzində üç fərqli pəhrizdən birinə əməl edib: standart sağlam pəhriz, ənənəvi Aralıq dənizi pəhrizi (aşağı şəkərli, tərəvəzlə zəngin, qırmızı ət yerinə toyuq və balıq) və yaşıl Aralıq dənizi pəhrizi, hansı ki, yaşıl çay və mankay əlavə olunub.
Qan zülallarının səviyyəsi ölçülərkən müəyyən zülalların yüksək olması beynin sürətli yaşlanması ilə bağlı olub. Yaşıl Aralıq dənizi pəhrizi tətbiq edənlərdə isə bu göstəricilər azalıb. Tədqiqatçılar bunun yaşıl çay və mankayda olan iltihab əleyhinə molekullarla bağlı olduğunu bildiriblər.
Harvard Universitetinin tədqiqatçısı Anət Meir qeyd edir ki, qan zülallarının analizi həyat tərzi və pəhriz dəyişikliyinin beyin yaşlanmasına təsirini real şəraitdə izləməyə imkan verir. Bu yanaşma beynin sağlamlığını anlamağa, həmçinin simptomlar yaranmadan bioloji dəyişiklikləri aşkar etməyə kömək edir.