Qidalanma rejimi insanın ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərir və gündəlik menyuda edilən dəyişikliklər ürək-damar sisteminin qorunmasında mühüm rol oynayır. Yağlı və ağır qidaların həddindən artıq qəbulu qanda xolesterinin artmasına səbəb olur ki, bu da zamanla ciddi fəsadlara yol aça bilər. Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, düzgün seçilmiş qidalar bəzi hallarda xolesterin səviyyəsini dərman vasitələrinə yaxın təsirlə azaltmağa kömək edə bilər.

Mütəxəssislər bildirirlər ki, liflə zəngin məhsullar bu baxımdan xüsusilə əhəmiyyətlidir. Turşuya qoyulmuş kələm və tərəvəzlər bağırsaq mikroflorasını gücləndirir, lif isə “pis” xolesterinin orqanizmdən xaric olunmasına dəstək verir. Paxlalılar, o cümlədən noxud, lobya və mərci suda həll olan liflə zəngindir və müntəzəm istifadə edildikdə xolesterin səviyyəsinin azalmasına töhfə verə bilər.

Yaşıl çay damarların sağlamlığını qoruyan maddələrlə zəngindir və gündə iki fincan qəbul edilməsi müsbət nəticə verə bilər. Yulaf isə tərkibində olan beta-qlükan adlı həll olan lif sayəsində xolesterinin sorulmasını azaldır və gündəlik rasiona əlavə edildikdə ürək sağlamlığını dəstəkləyir. Bununla belə, həkim tərəfindən təyin olunan dərmanların özbaşına dayandırılması tövsiyə edilmir və qidalanmada edilən dəyişikliklər mütləq mütəxəssis məsləhəti ilə aparılmalıdır.