Qaradəniz taxıl koridoru müqaviləsinə dair dördlü görüş İstanbulda baş tutacaq.

Foodinfo.az xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Verşinin açıqlama verib.

Görüşün 10 və 11 mayda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya öz taxıl və gübrə ixracına maneələr aradan qaldırılmadığı təqdirdə Ukrayna taxılının ixracına icazə verən sazişin tarixini mayın 18-dən sonra uzatmayacağını bildirib.