Qidalanma mütəxəssisləri bildirirlər ki, qırmızı lobya həm sağlamlıq, həm də enerji baxımından olduqca dəyərli qidalardan biridir. 

Foodinfo.az xəbər verir ki, zülal, lif, dəmir, maqnezium və fol turşusu ilə zəngin olan lobya həm ürək, həm də immunitet sistemi üçün mühüm dəstək hesab olunur.

Qırmızı lobya yüksək bitki mənşəli zülal mənbəyidir. Bu səbəbdən vegeterian və ya ət istehlakını azaldan şəxslər üçün ideal seçimdir.

Mütəxəssislər qeyd edirlər ki, tərkibindəki lif maddəsi həzm sistemini gücləndirir, uzunmüddətli toxluq hissi yaradır və qanda şəkərin stabilləşməsinə kömək edir.

Qırmızı lobyanın tərkibində olan dəmir və fol turşusu isə qan dövranını yaxşılaşdırır, anemiya riskini azaldır.

Bundan əlavə, maqnezium və kalium ürək-damar sağlamlığını dəstəkləyir.

Lobya düzgün bişirilmədikdə zərərli maddələr saxlaya bilər. Buna görə də, qırmızı lobyanı mütləq yaxşı qaynatmaq və tam bişirmək tövsiyə olunur.