Mövsüm dəyişiklikləri zamanı bədənimizin enerji balansını qorumaq üçün müəyyən şirin qidaların qəbulu faydalı hesab olunur. Foodinfo.az bildirir ki, həkim-dietoloq Lyudmila Denisenko açıqlayıb ki, keçid dövrlərində – yaydan payıza, payızdan qışa – orqanizm təbii şəkər və enerji mənbələrinə daha çox ehtiyac duyur.

Ekspert qeyd edib ki, hər gün şirin qida yemək tövsiyə olunmasa da, Çin ənənəvi təbabətinə görə, bu dövrlərdə menyuya şirin qidalar daxil etmək sağlamlıq üçün müsbət təsir göstərir. Onun sözlərinə görə, rasiona təzə meyvələr, təbii bal və şəkərsiz desertlər əlavə etmək mümkündür.

Denisenko həmçinin bildirib ki, zefir, marmelad, meyvəli pastila, dondurma və şirin yulaf qidaları da bədənin enerjisini artırmağa kömək edir və əhval-ruhiyyəni yaxşılaşdırır.

Dietoloq vurğulayıb ki, düzgün seçilmiş təbii şirin qidalar həm bədən üçün faydalıdır, həm də insanın ruh halını yaxşılaşdırır, stressi azaldır. Bu səbəbdən keçid mövsümlərində şirin qidaları diqqətlə və balanslı şəkildə rasiona daxil etmək tövsiyə olunur.