Gecə saatlarında yemək istəyi yalnız zəif iradənin nəticəsi deyil. Foodinfo.az bildirir ki, “SM-Klinika”nın dietoloqu Darya Xaykina açıqlayıb ki, sərt pəhriz və gün ərzində ciddi qida məhdudiyyəti gecə aclığına səbəb ola bilər.

Ekspert qeyd edib ki, statistikaya görə, gecə yeməyi sindromu əhalinin 1–2%-də müşahidə olunur. Xaykinanın sözlərinə görə, gecə vaxtı soyuducuya yönələn insanın problemi iradə zəifliyi deyil, başlıca olaraq stress, yuxusuzluq və gündüz ərzində kifayət qədər qida qəbul etməməkdir.

“Gündüz aclıq hissini digər işlərlə yayındırmaq mümkün olsa da, gecə bu çox çətin olur,” – deyə dietoloq əlavə edib. Belə hallarda insanın bədəni və beyni aclıq siqnallarına daha həssas olur və nəticədə gecə yemək ehtiyacı yaranır.

Xaykina vurğulayıb ki, stressi azaltmaq, yuxu rejimini nizamlı saxlamaq və gündüz düzgün, balanslı qidalanmaq gecə aclığının qarşısını almaq üçün əsas amillərdir. Bu faktorlar düzəldildikdə, gecə yemək istəyi öz-özünə aradan qalxır.