Son illərdə sağlam qidalanmada geniş istifadə olunan çia toxumu Mərkəzi və Cənubi Amerikadan dünyaya yayılıb. Bu kiçik toxumlar yüksək qida dəyərinə görə “superfood” adlandırılır.

Çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium, fosfor və antioksidantlarla zəngindir. 2 xörək qaşığı çia toxumu təxminən 10 qram lif və gündəlik omeqa-3 ehtiyacının böyük bir hissəsini təmin edir.

Foodinfo.az çia toxumunun faydalarını təqdim edir:

1. Həzm sistemini yaxşılaşdırır – yüksək lif qəbizliyin qarşısını alır.

2. Ürək-damar sağlamlığını qoruyur – omeqa-3 yağ turşuları xolesterini balanslaşdırır.

3. Arıqlamağa dəstək olur – toxluğu artıraraq iştahanı azaldır.

4. Qan şəkərini tənzimləyir – qlükozanın qana yavaş sorulmasına kömək edir.

5. Sümükləri möhkəmləndirir – kalsium və maqneziumla zəngindir.

6. Enerji və güc verir – idmançılar tərəfindən təbii enerji mənbəyi kimi istifadə olunur.

Bəs, bu toxumdan necə istifadə etmək olar?

– Səhər yeməyində qatığa, smuzilərə əlavə etmək

– Salat və şorbalara səpmək

– Süd və ya su ilə qarışdırıb “çia pudinqi” hazırlamaq

– Çörək və desert reseptlərinə qatmaq

Çia toxumu kiçik olsa da, yüksək qida dəyəri ilə sağlam qidalanmada mühüm yer tutur. Onu gündəlik rasiona əlavə etməklə həm sağlamlıq, həm də enerji baxımından fayda görmək mümkündür.