"Level Kitchet" servisinin diyetoloqu, sağlam qidalanma mütəxəssisi Tatyana Meşeryakova xüsusilə isti havalarda yağlı ət yeməyin sağlamlıq üçün təhlükələri barədə xəbərdarlıq edib.

O, yağlı ətin, həzm edilməsi üçün çox enerji tələb edən ağır qida olduğunu izah edib. İsti havada isə bu, mikro və makro elementlərin yuyulmasına səbəb olan intensiv tərləmə ilə yanaşı daha ağır vəziyyət yaradır.

Bundan əlavə, çox miqdarda yağlı ət qaraciyər və mədəaltı vəzi yükləyir və müntəzəm istifadə zamanı isə ürək-damar xəstəliklərinə aparan aşağı sıxlıqlı xolesterinin miqdarının artmasına səbəb olur.

Ən yağlı ət ördək ətidir (tərkibindəki yağın miqdarı ümumi çəkinin 60%-ə çata bilər), daha sonra donuz əti (30-50%), qaz əti (30%), quzu və mal əti (12-20%).

Fərid