Hətta kulinariya tullantıları hesab olunanlardan da dadlı yeməklər hazırlamaq olar. Bu, yalnız menyunu zənginləndirmək və qonaqları təəccübləndirmək üçün deyil, həm də məqbul istehlak ideyasını dəstəkləmək üçün atılan addım ola bilər. 

Paxlalı bitkilərin suyundan beze


Paxlalı bitkiləri qaynatdıqdan sonra qalan su akvafaba adlanır. Zülalla zəngindir, buna görə də bir çox yeməklərdə yumurta əvəzinə istifadə edilə bilər. Lobya suyu ilə hazırlanan bez, demək olar, klassik reseptlə hazırlanandan fərqli olmayacaq.

100 ml akvafaba üçün lazım olacaq:

120 qram şəkər;
yarım çay qaşığı limon suyu;
bir çimdik vanil.

Akvafabanı köpüklənənədək mikserlə qarışdırmaq lazımdır. Daha sonra qalan inqrediyentləri tədricən əlavə edib, şəkər həll olunana qədər qarışdırmaq.
Hazır qarışımı xəmir torbasına qoyaraq perqament kağızı ilə örtülmüş soba qabına beze formasında düzün və 100 dərəcəyə qədər qızdırılmış sobada bişənədək qurudun. Bu proses dətən azı bir saat vaxt aparır.

Qeyd etmək lazımdır ki, beze hətta konservləşdirilmiş paxlalı bitkilərdən qalan su ilə də bişirilə bilər. Lakin orada duz və şəkərdən başqa, çox sağlam olmayan digər maddələr də ola bilər.

Banan qabığından kvas


Banan qabıqları adətən həmişə atılır. Lakin ondan təravətləndirici içki hazırlamaq olar.

Bunun üçün lazım olacaq:

iki bananın qabığı;
bir litr qaynadılmış su;
bir çay qaşığı xama;
yarım stəkan şəkər.

Bananın qabığı yaxşı yuyulmalı, xırda doğranmalı, xarab olan yerləri təmizlənməlidir və bir banka suya qoyulmalıdır. Şəkər və xama əlavə edin və yaxşıca qarışdırın.

Sonra tənzif ilə örtüb, "yetişmək" üçün iki həftə qaranlıq yerdə saxlayın. Bu vəziyyətdə içki hər gün qarışdırılmalıdır.

Bayat çörək pudinqi

Bayat çörəyin də qədri çox vaxt bilinmir. Ən yaxşı halda o qurudularaq "suxari" kimi yeyilir. Lakin bayat çörəkdən pudinq də hazırlamaq mümkündür. 

Bunun üçün lazım olacaq:

300 qram qurumuş ağ çörək;
250 ml süd;
150 ml qaymaq (yağlılığı 33%);
150 qram şəkər;
50 qram kişmiş;
iki yumurta;
bir çimdik vanil.

Kişmiş yaxşıca yuyulmalı və təxminən 20 dəqiqə isladılmalıdır. Sonra çörəyi kiçik kublara doğrayıb kişmişlə qarışdırın və kərə yağı ilə yağlanmış qəlibə qoyun.
Süd, qaymaq, yumurta, şəkər və vanili yaxşıca qarışdırıb çörəyin üzərinə tökün və təxminən 180 dərəcəyədək qızdırılan sobada 40 dəqiqə bişirin.

Nurlan