Diyetoloq, allerqoloq, immunoloq Marina Apletayeva gündə nə qədər çörək yeyə biləcəyinizi açıqlayıb.

Bu barədə o, “Moskva 24” telekanalına müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, əks göstəriş olmadıqda sağlam insan istənilən çörəkdən gündə 2-3 dilim yeyə bilər.

Əgər bir şəxs şəkərli diabet xəstəsidirsə və ya artıq çəkidən əziyyət çəkirsə, təmizlənmiş undan hazırlanan ağ çörəkdən imtina etməsi daha yaxşıdır, çünki belə çörəkdə sürətli karbohidratlar var.

Mədə-bağırsaq traktının xəstəlikləri varsa, çovdar çörəyindən imtina etmək daha yaxşıdır. Taxıl çörəyinin praktiki olaraq heç bir əks göstərişi yoxdur. Tərkibində mədə-bağırsaq traktının hərəkətliliyini stimullaşdıran həll olunan qida lifləri var.

Qastroenteroloq Sergey Vyalov bildirib ki, karbohidratı yüksək olan qidaların müntəzəm qəbulu səbəbindən qarında köp yarana bilər. Ekspertin sözlərinə görə, çörək məhsulları və şirniyyatlar çox vaxt qaz yaranmasına səbəb olur. Həmçinin, üzümdən çox yemək köpə səbəb ola bilər.

Diyetoloq Yelena Solomatina çörəyi soyuducuda saxlamamağı tövsiyə edib,çünki belə şəraitdə məhsul dadını tez itirəcək.

Leyla