Ürək bədənin bütün orqanlarının fəaliyyətinə birbaşa təsir göstərir, lakin 50 yaşdan sonra onun orqanizmi qanla təmin etməsi daha da çətinləşir. Bu problem rasiona 14 məhsulu daxil etməklə həll oluna bilər. 

Foodinfo.az xəbər verir ki, diyetoloq Yelena Solomatina həmin qidaları sadalayıb.

Ateroskleroz ürəy funksiyasının pozulmasına səbəb olan ilk səbəbdir. Patologiyanın qarşısını almaq üçün rasiona yağlı balıq, treska qaraciyəri və kətan yağı daxil etməlisiniz. Bu məhsulların tərkibində çoxlu miqdarda omeqa-3 var ki, pis xolesterinin qan damarlarının divarlarında qalmasına imkan vermir.

50 yaşdan yuxarı insanların başqa bir problemi qanın qatılaşmasıdır. Bu zaman sarımsaq, bolqar bibəri və soğan kömək edəcək - onlar qanı durulaşdırır və qan damarların divarlarından asanlıqla keçir.

"Soğanda həmçinin xırda damarların divarlarını gücləndirən, mərkəzi sinir sistemində qan dövranını sürətləndirən kvarsetin var, ona görə də damarlar zədələnmir. Sarımsaq isə germaniumla zəngindir ki, ürək qapaqlarının işləməsi ondan asılıdır", - deyə Solomatina əlavə edib. .

Ürək sağlamlığı, həmçinin, qaraciyər və qalxanabənzər vəzinin sağlamlığından da asılıdır. Qaraciyər qanda sağlam xolesterinin istehsalına birbaşa təsir göstərir. Kəsmik, yumurta və qatıq bu orqanların fəaliyyətinə kömək edir.

Diyetoloq, həmçinin, darçın, tam taxıl dənli dənli bitkiləri, ağ lobya və kaliumla zəngin qidalardan istifadə etməyi məsləhət görür. Bu siyahıya balqabaq və pomidor şirəsi də daxildir.

Nurlan