Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində çalışan heyətin dəyişəkli təmiz iş geyimi ilə təmin olunması vacibdir. Qida məhsulları ilə təmas edərkən baş örtükləri (bone) və əlcəklərdən istifadə olunmalıdır. Qeyd edək ki, iş prosesində geyinilmiş paltarların yüksək temperaturda yuyucu vasitələrlə yuyulması tövsiyə olunur. Bununla yanaşı ictimai iaşə müəssisələrində qida məhsullarına açıq əllə toxunulması yolverilməzdir. Xidməti əşya və avadanlıqlar isə istifadə olunduqca mütəmadi dəyişdirilməli, fərqli bölmələrdə saxlanılmalı, eyni zamanda istifadə edilməzdən əvvəl və sonra təmizlənib, dezinfeksiya olunmalıdır.
Son xəbərlər
- Yayda qidalanmada bu səhvləri etməyin
- Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib
- Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
- Hansı qidalarda lektinlər var?
- Ton balığının zərərləri varmı?
- Yayın ən faydalı meyvələri hansılardır?






